Saytımızı qiymətləndirin


 
 

Britaniya sualtı qayıqların texniki xidmətinə rekord məbləğdə vəsait ayırıb
Tarix: 27-11-2026 | Saat: 08:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya sualtı qayıqların texniki xidmətinə rekord məbləğdə vəsait ayırıb

Böyük Britaniya hökuməti ölkənin sualtı qayıqlarının texniki xidmətinin təkmilləşdirilməsi üçün “Babcock” şirkətinə 8,7 milyard funt sterlinq (11,4 milyard dollar) ayırıb.

Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, müdafiə sənayesi şirkətinin əldə etdiyi rekord məbləğdə müqavilədir.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, investisiyanın məqsədi sualtı qayıqlara texniki xidmətin sürətləndirilməsi, onların daha qısa müddətdə dənizə qayıtmasının təmin edilməsi və ölkənin nüvə çəkindirmə potensialının gücləndirilməsidir.

Müdafiə naziri Ues Stritinq bildirib ki, London nüvə potensialının inkişafına investisiyaların təxirə salınması ilə bağlı keçmişdə yol verilən səhvləri təkrarlamaq niyyətində deyil.

Onun sözlərinə görə, zərurət yaranarsa, digər qurumlara ayrılan vəsaitlər yenidən bölüşdürülərək nüvə çəkindirmə potensialının qorunmasına və ölkənin hərbi hazırlığının artırılmasına üstünlük veriləcək.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər