Saytımızı qiymətləndirin


 
 

Ermənistan Prezidenti ölkənin Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib
Tarix: 26-11-2026 | Saat: 22:58
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Prezidenti ölkənin Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Karen Qriqoryanı vəzifəsindən azad edib.

Qarabaginfo.az xəbər verir ki, müvafiq fərman Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.

Qərar Baş nazirin təklifi əsasında Ermənistan Konstitusiyasının və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq qəbul edilib.

Qriqoryanın vəzifəsindən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Karen Qriqoryan 2024-cü il fevralın 14-dən sözügedən vəzifəni tutub. O, bundan əvvəl mühəndis qoşunlarına kuratorluq edib və Ermənistanın müdafiə xəttinin möhkəmləndirilməsi ilə məşğul olub.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər