Saytımızı qiymətləndirin


 
 

Zelenski dünya liderlərinə səsləndi: "Biz tort deyil, silah gözləyirik!"
Tarix: 24-04-2022 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

 Zelenski dünya liderlərinə səsləndi:

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostinin Ukraynaya səfəri ilə bağlı məlumat yayıb.

Qarabaginfo.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, görüş zamanı Ukraynaya silah tədarükü və təhlükəsizlik təminatlarını müzakirə etməyi planlaşdırırlar.

"Xarici liderlərin bizə gəlməsi niyə vacibdir? Siz indi bizə əliboş gələ bilməzsiniz və biz sadəcə hədiyyələr və ya tortlar gözləmirik, konkret şeylər və konkret silahlar gözləyirik. Ona görə də düşünürəm ki, biz ABŞ-dan müqaviləni və ya daha əvvəl razılaşdığımız Ukraynanın silahlanma paketinin bir hissəsini ala bilərik" - Ukrayna prezidenti qeyd edib.

Zelenski bütün dünya liderlərinə müraciət edib. "Bütün liderlərə müraciət edirik - biz faciəli selfilər ölkəsi deyilik, burada əsl müharibə var... amma gəlin, zəhmət olmasa, danışdığımız köməklə gəlin" - Zelenski əlavə edib.

Xatırladaq ki, Ukraynaya uzunmüddətli hərbi yardımla bağlı iclas aprelin 26-da Almaniyada keçiriləcək. Azı 20 ölkə artıq iştirakını təsdiqləyib.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər