Saytımızı qiymətləndirin


 
 

ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Tarix: 27-11-2026 | Saat: 22:33
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub

ABŞ ordusu noyabrın 26-da Oman körfəzində ABŞ-ın dəniz blokadasını yarmağa cəhd edən kommersiya gəmisini hərəkətsiz vəziyyətə salıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

CENTCOM-un məlumatına görə, gəmi Bəndər-Abbas limanından çıxdıqdan sonra heyətə dəfələrlə xəbərdarlıq edilsə də, blokadanı yarmağa cəhd göstərib.

Bundan sonra ABŞ hərbi təyyarəsi gəminin arxa hissəsinə dəqiq zərbələr endirib. Nəticədə Palau bayrağı altında üzən “M/V Pacific Archer” gəmisinin hərəkət sistemi sıradan çıxarılıb.

Bildirilib ki, hadisə zamanı gəminin mülki heyət üzvləri xəsarət almayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər
21-02-2025, 15:21 Nurlan Libre həbs olunub