Saytımızı qiymətləndirin


 
 

AEBA Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında atəşkəs barədə danışıqlar aparır
Tarix: 27-11-2026 | Saat: 08:33
Bölmə:Karusel / Dünya | çapa göndər

AEBA Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında atəşkəs barədə danışıqlar aparır

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasının (AES) xarici elektrik təchizatının növbəti dəfə kəsilməsindən sonra Rusiya və Ukrayna ilə stansiya ətrafında atəşkəsin təmin edilməsi barədə danışıqlar aparır.

Qarabaginfo.az xəbər verir ki, agentliyin mətbuat xidmətinin məlumatına görə, bunu AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

“Biz Zaporojye AES-in xarici elektrik təchizatının kəsilməsi ilə yenidən üzləşirik. Hər iki tərəfi elektrik enerjisi infrastrukturuna qarşı hərbi əməliyyatların dayandırılması, “Ferrosplavnaya-1” xəttinin təmiri və stansiyanın xarici elektrik təchizatının bərpası üçün AEBA ilə konstruktiv əməkdaşlığa çağırıram”, – deyə Qrossi qeyd edib.

Xatırladaq ki, noyabrın 25-də Zaporojye AES münaqişənin başlanmasından bəri 28-ci dəfə xarici elektrik təchizatını tamamilə itirib və qəza dizel generatorları vasitəsilə enerji təminatına keçib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər