Saytımızı qiymətləndirin


 
 

“Qarabağ” “Sabah”a, “Zirə” “Sumqayıt”a qarşı
Tarix: 13-04-2019 | Saat: 11:24
Bölmə:Karusel / İdman | çapa göndər

“Qarabağ” “Sabah”a, “Zirə” “Sumqayıt”a qarşı

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Öncə “Zirə” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Autsayderlər qrupunda qərarlaşmış komandaların duelində qalib gələcək tərəf mövsümü sonuncu bitirməmək yolunda önəmli üstünlük əldə edəcək.

Daha sonra çempionluq uğrunda mübarizə aparan “Qarabağ” debütant “Sabah”ı sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
24-cü tur
13 aprel

“Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.

Turun qalan oyunları sabah keçiriləcək: “Keşlə” – “Qəbələ”, “Səbail” – “Neftçi”.



Xəbəri paylaş

592 dəfə oxunub.

Digər xəbərlər