Saytımızı qiymətləndirin


 
 

İrandan narkotik keçirmək cəhdinin qarşısı alındı
Tarix: 27-10-2022 | Saat: 11:59
Bölmə:Karusel / Kriminal | çapa göndər

İrandan narkotik keçirmək cəhdinin qarşısı alındı

Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzi məlumat yayıb.

2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib. “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilən 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq marixuana, 2 kq 100 qram tiryək və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd metadon-40 həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



Xəbəri paylaş

1145 dəfə oxunub.

Digər xəbərlər