Tarix: 09-08-2022 | Saat: 14:40
Bölmə:Karusel / Region | çapa göndər
“Rusiya vətəndaşlarına qarşı növbəti nasist sərsəmləməni eston xala söyləyib. O deyib: “Avropanı ziyarət etmək insan haqqı deyil, imtiyazdır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev tviterdə yazıb.
“Elə ona digər sözləri xatırlatmaq istəyirsən: “Əgər siz azadsınızsa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”, - o vurğulayıb.
Qeyd edək ki, D.Medvedevin Estoniya Baş naziri Kaya Kallasın ünvanına dediyi bu sözlər sovet Rusiyasının Əks-İnqilab və Sabotajla mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyasının banisi, məşhur inqilabçı Feliks Dzerjinskiyə məxsusdur. O vaxtilə deyib: “Əgər sizin məhkumluğunuz yoxdursa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”.
Xatırladaq ki, Estoniyanın Baş naziri Avropa İttifaqı (Aİ) ölkələrini rusiyalılara turistik vizaların verilməsini dayandırmağa çağırıb.
Digər xəbərlər