Saytımızı qiymətləndirin


 
 

İnflyasiyanı təkrəqəmliyə endirəcəyik - Ərdoğan
Tarix: 08-08-2023 | Saat: 10:16
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

İnflyasiyanı təkrəqəmliyə endirəcəyik - Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra önəmli açıqlamalar verib.

 

Qarabaginfo.az xəbər verir ki, Ərdoğan Türkiyənin iqtisadi vəziyyəti və inflyasiya ilə bağlı hazırkı durumdan söz açıb. 

 

O, bildirib ki, iqtisadiyyatdakı çətinliklər müvəqqətidir: “Bu kritik dövrdə etməli olduğumuz şey ölkənin milli maraqlarını, millətin ümumi maraqlarını, övladlarımızın gələcəyini kiçik gözlənti və qayğılardan üstün tutmaqdır".

 

Ərdoğan yenidən inflyasiya göstəricilərini təkrəqəmli səviyyəyə endirəcəklərini vəd edib:

 

"Bu gün çox müzakirə olunan inflyasiyada ən böyük uğur bizim dövrümüzə aiddir. Biz Türkiyənin təkcə aktual deyil, həm də qədim olan xroniki problemi ilə mübarizə aparırıq. İnflyasiyanı 6 faizə endirən biz olmuşuq. Biz inflyasiyanı yenidən birrəqəmli səviyyəyə endirəcəyik. Son 21 ildə orta inflyasiya 15 faizin altındadır. Diqqət etsəniz, bu prosesdə heç vaxt güzəştə getməyəcəyimiz iki şey var: məşğulluq, artım".



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 16:36 Nobel prospekti bağlanır