Saytımızı qiymətləndirin


 
 

Alpinistlər helikopterlə axtarılır - Video
Tarix: 28-12-2017 | Saat: 10:02
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Alpinistlər helikopterlə axtarılır

 

Quba rayonunda itkin düşən 3 alpinistin - Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

“Qarabaginfo” Xəzər TV-yə istinadən mə\lumat verir ki, axtarışlara FHN-nin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış işlərinə sabah əlavə qüvvələr, o cümlədən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Alpinistləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki postuna aparan Xınalıq kənd sakini Rasim Aslanov deyir ki, hava şəraiti pis olduğu üçün onlara geri qayıtmağı məsləhət görüb. Lakin alpinistlər israrla marşrutu davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, alpinistlər dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlardan Babur Hüseynovun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olduğu bildirilir.



Xəbəri paylaş

621 dəfə oxunub.

Digər xəbərlər