Tarix: 16-10-2025 | Saat: 10:22
Bölmə:Karusel / Dünya | çapa göndər
Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsinə və keçmiş müdafiə rəsmisinə istinadən “Politico” yayıb.
Bildirilib ki, sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır.
Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhün bərqərar olmasına dair 20 maddəlik sülh planında bildirilir ki, bu ölkə müvəqqəti sabitlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı ərəb və digər tərəfdaşlarla əməkdaşlıq edəcək. Həmin qüvvələr isə Fələstinin polis dəstələrinə təlim keçəcək.
Ümumilikdə bu qüvvələrin yerləşdirilməsi üçün aylar tələb olunacağı qeyd edilib.
Digər xəbərlər