Saytımızı qiymətləndirin


 
 

Britaniyanın müdafiə naziri Putinə müraciət edib
Tarix: 16-10-2025 | Saat: 10:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniyanın müdafiə naziri Putinə müraciət edib


Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya prezidenti Vladimir Putini NATO-nun lazım olduğu müddət ərzində Ukraynanı dəstəkləyəcəyinə şübhə etməməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Sky News“ telekanalı məlumat verib.

"Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik", - Hili bildirib.

Britaniyanın müdafiə naziri bildirib ki, London Rusiyaya həm hərbi, həm də iqtisadi təzyiqləri artırır. Onun sözlərinə görə, bura enerji sektoruna və neft şirkətlərinə qarşı sanksiyalar da daxildir.

Böyük Britaniyanın müdafiə naziri qeyd edib ki, Ukraynaya dəstək Moskvanın iddia etdiyi eskalasiya ilə uyğun olacaq.

Qeyd edək ki, bundan əvvəl Hili Putinə müraciət edərək, onu danışıqlara başlamağa və Ukraynadakı münaqişəni dayandırmağa çağırmışdı.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər