Saytımızı qiymətləndirin


 
 

Ağsu dolaylarında “Mercedes” aşıb, ata və oğul ölüb
Tarix: 06-11-2023 | Saat: 11:22
Bölmə:Karusel / Hadisə | çapa göndər

DİN Ağsu dolayında baş verən yol qəzası barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 6-da saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

 



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər