Saytımızı qiymətləndirin


 
 

“Ermənistanı qarışdıran şeyxdir?” – Paşinyana verilən sual
Tarix: 16-10-2025 | Saat: 16:47
Bölmə:Karusel / Region | çapa göndər

 

“Ermənistanı qarışdıran şeyxdir?” – Paşinyana verilən sual

Erməni Apostol Kilsəsi Ermənistan hakimiyyəti tərəfindən təqib edilmir.

Qarabaginfo.az interfax-a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bildirib.

O, din xadimlərinin həbslərini  sülh prosesi ilə əlaqələndirilməməsinə çağırıb:

"Mən Erməni Apostol Kilsəsinə hücum etmirəm. Kilsənin sənədlərində isə katolikos və ya yepiskop vəzifəsini tutan şəxsin və kilsənin eyni olduğu qeyd olunmur".

Ermənistan təhlükəsizlik qüvvələrinin hərəkətləri ilə Azərbaycanın QAfqaz Ruhanilər İdarəsi sədrinin bəyanatları arasında əlaqənin, erməni ruhanilərinin həbslərinin Azərbaycanla sülh prosesi ilə bağlı olub-olmaması ilə bağlı suala Paşinyan belə cavab verib:

"Xeyr. Bunun Azərbaycanla sülh prosesi ilə bağlı olması mümkün deyil. Heç bir əlaqə ola bilməz".

Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə bəyan etmişdi ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi fonunda “erməni kilsəsi revanşizmə və yeni qarşıdurmaya çağırır”.

Oktyabrın 16-da Yerevan məhkəməsi Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri və bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu yepiskop Mkrtiç Proşyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. O, toplantı və mitinqlərdə iştiraka məcbur etməkdə ittiham olunur.

Oktyabrın 15-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Araqatsotn yeparxiyasının 13 din xadimini və bir neçə mülki əməkdaşını saxlayıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib ki, məclislərin keçirilməsinə və ya iştirakına məcbur etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq çərçivəsində zəruri prosessual və sübutedici addımlar atılır.

Oktyabrın əvvəlində İrəvan məhkəməsi Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyanı hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edib.

İyunun sonunda İrəvanda erməni apostol kilsəsinin “Müqəddəs mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan həbs edilib. O, Ermənistanda terror aktları planlaşdırmaqda və hakimiyyəti ələ keçirməkdə ittiham olunur.

Erməni Apostol Kilsəsi ilə Ermənistan hökuməti arasında münasibətlər Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən və Qarabağın Azərbaycana məxsus olması ilə bağlı bəyanatlarından sonra gərginləşib. Bundan əvvəl II Karekin bildirmişdi ki, erməni kilsəsi Paşinyanın istefası ilə bağlı çağırışından əl çəkməyib.

Mayın sonlarından Paşinyan II Karekinə və arxiyepiskoplara qarşı sərt bəyanatlar səsləndirir.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər