Saytımızı qiymətləndirin


 
 

“İki nüvə dövlətini – Pakistan və İranı barışdırdım”-Trampdan qəribə AÇIQLAMA
Tarix: 16-10-2025 | Saat: 15:32
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ prezidenti Donald Tramp iki nüvə dövlətini – Pakistan və İranı barışdırdığını iddia edib. 

Qarabaginfo.az bildirir ki, o bu barədə Ağ Evdə özünün “tarif siyasəti” barədə brifinqdə danışarkən deyib.

“Tariflər bizim müdafiə və milli təhlükəsizliyimiz üçün həlledici vasitədir. Tariflər olmadan bizim milli təhlükəsizliyimiz yoxdur. Məsələn, götürək Pakistan və İranı. Mən İranla ticarət sazişi üzrə danışıqlar aparırdım və növbəti ölkə Pakistan olmalı idi. Tariflərə görə hamı danışıqları başqa cür aparmağa başladı və demək olar ki, yaxşı anlaşma əldə etdik”.

“Sonra onların bir-birinə atəş açdığını eşitdim. Söhbət əsnasında soruşdum: “Siz müharibə etmək istəyirsiniz? İki nüvə dövləti?” Onlara dedim ki, “müharibəyə başlasanız, 200% tarif tətbiq edəcəm və ABŞ-la biznesinizi tamamilə dayandıracağam”. Hər ikisinə dedim. 24 saat ərzində müharibə başa çatdı. Bu, nüvə müharibəsi ola bilərdi”.

Tramp deyib ki, iki həftə əvvəl burada olan Pakistanın Baş naziri böyük bir auditoriyaya etiraf edib ki, bu adam (Tramp) milyonlarla insanın həyatını xilas etdi: “Çünki o, müharibənin qaçılmaz olduğuna əmin idi. Lakin seçim müharibə ilə kütləvi tariflər arasında olanda onlar müharibədən qaçmağı seçdilər. Buna görə də bu çox vacibdir. Tariflər təkcə pulla bağlı deyil. Onlar bizə sülhü qorumaq və bu gücdən yaxşılıq üçün istifadə etmək üçün güc verirlər. Onlar da bizi çox zəngin ediblər”.

Tramp çox guman ki, növbəti dəfə səhvə yol verib. O, Hindistan və Pakistan arasında savaşı nəzərdə tuturmuş.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər