ABŞ və tərəfdaşları Ukrayna ətrafındakı vəziyyət fonunda Rusiyanın istənilən addımına hazır olacaqlar.

Qarabaginfo.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Austin bildirib.

"ABŞ müttəfiqləri və tərəfdaşları, o cümlədən Polşa ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinə böhrandan çıxmaq və daha böyük təhlükəsizliyə doğru irəliləmək üçün bir yol təklif etdi. O, hansı yolu seçsə də, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə olacaq", Austin Varşavada mətbuat konfransında qeyd edib .