Saytımızı qiymətləndirin


 
 

Merts: Avropa iqtisadi islahatlara başlamasa, ABŞ və Çinin əlaltısına çevriləcək
Tarix: 16-10-2025 | Saat: 15:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya kansleri Fridrix Merts

 

Avropa rəqabət qabiliyyətini tezliklə bərpa etmək üçün hərəkət etməzsə, o, qlobal iqtisadi nəhənglərin ABŞ və Çinin əlaltısına çevriləcək və müstəqilliyini itirəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts ölkə parlamentində çıxış edərkən deyib.

Merts gələn həftə Brüsseldə keçiriləcək Avropa liderləri sammiti ərəfəsində bloku ciddi iqtisadi islahatlara başlamağa çağırıb, əks halda təşkilatın qlobal əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalacağını bildirib.

“Bu bizim ölkəmizin və Avropa ölkələrinin gələcəyi üçün həyati önəmlidir, çünki qarşıdakı həftələrdə, aylarda və bəlkə də bir neçə il ərzində qərar veriləcək: Avropa qlobal iqtisadiyyatda müstəqil güc olaraq qalacaq, yoxsa Asiya və Amerika kimi böyük iqtisadi mərkəzlərin əlaltısına çevriləcək”, – Merts vurğulayıb.



Xəbəri paylaş

15 dəfə oxunub.

Digər xəbərlər
12-07-2022, 18:23 Bakıda ev yanıb
3-03-2025, 10:20 Mirşahin atasını itirdi