Saytımızı qiymətləndirin


 
 

“Persona non grata” elan olunan İran diplomatları Azərbaycanı tərk edib –FOTO
Tarix: 08-04-2023 | Saat: 10:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın “persona non grata” elan olunan İran səfirliyinin əməkdaşlarının ailələri ölkəni tərk edib.

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi İran səfirliyinin 4 əməkdaşının ailələri Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək ölkələrinə yola düşüblər.

Qeyd edək ki, aprelin 6-da İran səfirliyinin dörd əməkdaşı (Mirmahdi Mirsalampur, Şərif Qurbanəli, Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər) Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edilib.

İran səfirliyindən həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. (APA)



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər