Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə davam edən Çin-Tayvan gərginliyi daha da artıb. Bundan sonra bəzi ölkələr Çinə dəstək olub. Suriya da Çinə dəstək olan ölkələrdən biridir.
Qarabaginfo.az xəbər verir ki, Əsəd administrasiyası Pelosinin səfərini “Çin Xalq Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyən düşmənçilik hərəkəti” kimi qiymətləndirib.
Xarici İşlər Nazirliyi bildirir ki, Suriya yalnız bir Çini tanıyır və Çinin suverenliyini, müstəqilliyini və ərazisini qorumaq və müdafiə etmək hüququnu müdafiə etmək üçün qərar qəbul etdiyi tədbirləri və addımları ataraq, Çin Xalq Respublikasının bu səfərlə bağlı bəyan etdiyi mövqeləri tam dəstəkləyir.
Suriya dövlət agentliyi SANA-da yer alan xəbərə görə, Suriya Xarici İşlər və Qürbətçilər Nazirliyi öz mesajında, “Suriya Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasına qarşı misli görünməmiş eskalasiya və təxribat siyasətini qətiyyətlə pisləyir”.