Saytımızı qiymətləndirin


 
 

Almaniyada Ukrayna vətəndaşı Rusiyaya casusluq ittihamı ilə həbs edilib
Tarix: 22-10-2026 | Saat: 16:19
Bölmə:Karusel / Kriminal | çapa göndər

Almaniyada Ukrayna vətəndaşı Rusiyaya casusluq ittihamı ilə həbs edilib

Almaniyanın Brandenburq şəhərində bir nəfər Rusiyanın xeyrinə casusluq şübhəsi ilə həbs edilib.

Bununla bağlı “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin Ukrayna vətəndaşı Vadim Y. olduğu, zirehli maşınlar, sursat və partlayıcıların istehsalı ilə əlaqədar informasiya topladığı bildirilir.

Yerli prokurorluq təqsirləndirilən şəxsin əldə etdiyi informasiyanın bir qisminin ictimaiyyətə açıq olduğunu, bir qisminin isə Avropa silah sənayesində çalışan insanlardan əldə edildiyini qeyd edib.

Həmin şəxsin 2025-ci ilin iyulundan bəri Rusiya kəşfiyyatı ilə vasitəçi yolu ilə əlaqə saxladığı vurğulanıb.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər