Saytımızı qiymətləndirin


 
 

Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir
Tarix: 22-10-2026 | Saat: 11:14
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Sahil Babayev: Dövlət maliyyəsinin idarə olunmasında innovativ mexanizmlər tətbiq edilir - AZƏRTAC

Azərbaycanda 2027-ci ilin dövlət büdcəsində 40-dan artıq dövlət müəssisəsindən təxminən 900 milyon manat dividend daxilolması nəzərdə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Nazirin sözlərinə görə, Prezidentin tapşırığına uyğun olaraq dövlət şirkətlərinin fəaliyyətinin monitorinqi və dividend siyasətinin təkmilləşdirilməsi məqsədilə xüsusi hesabatlılıq portalı yaradılıb.

“Qısa müddət ərzində portalda 1113 müəssisə qeydiyyatdan keçib və 11 434 hesabat təqdim olunub. Bunun nəticəsində 950 dövlət şirkətinin 2026-cı il üzrə təsdiqlənmiş büdcə hesabatları əldə edilib, 885 müəssisə üzrə dividend proqnozlarının hazırlanması yekunlaşdırılıb”, – deyə nazir bildirib.

Sahil Babayev qeyd edib ki, aparılan təhlillər nəticəsində ilk dəfə olaraq dövlət büdcəsində 40-dan artıq müəssisənin dividend ödənişləri nəzərdə tutulub.

“Gələn ilin dövlət büdcəsində təqribən 900 milyon manatlıq dividend ödənişləri planlaşdırılıb. Bu, həm dövlət şirkətlərinin idarəçiliyi sahəsində son illərdə əldə olunan nəticələrin, həm də dövlət maliyyə siyasətində yeni yanaşmanın bariz göstəricisidir”, – deyə nazir vurğulayıb.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər