Saytımızı qiymətləndirin


 
 

The New York Times: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır
Tarix: 22-10-2026 | Saat: 10:20
Bölmə:Karusel / Region | çapa göndər

The New York Times: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The New York Times“ ABŞ rəsmiləri və digər mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, üç gün davam edə biləcək əməliyyat çərçivəsində İranın enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatları arsenalının hədəfə alınması nəzərdən keçirilir.

Nəşr qeyd edir ki, neft emalı zavodlarının hədəfə alınması planlaşdırılmır. Buna səbəb ABŞ Prezidenti Donald Trampın enerji qiymətlərinin daha da artmasının qarşısını almaq istəməsidir.

ABŞ və İsrail hərbçilərinin İranda yerin dərinliyində yerləşən yeraltı kompleksin olduğu bildirilən Kuh-e Kolang dağına zərbə endirilməsi ssenarisini də nəzərdən keçirdiyi bildirilir.

Məlumata görə, ABŞ və İsrail hərbi qüvvələri son günlər mümkün yeni əməliyyatlara hazırlıq çərçivəsində təlimləri də intensivləşdirib.

 



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər