Saytımızı qiymətləndirin


 
 

KİV: “Kanada Ankaranın tələbi ilə rəsmi sənədlərdə Türkiyənin adını dəyişib”
Tarix: 09-07-2022 | Saat: 22:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

BM onayladı; Türkiye ismi resmileşti - Aydın Haber, Son Dakika Aydın Haberleri| Aydinpost.com

Kanada hökuməti rəsmi sənədlərdə Türkiyənin adını türkcə fonetik qaydalara uyğun yazılsın deyə dəyişib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “CTV” kanalı məlumat yayıb.

Kanada Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bu, Türkiyənin istəklərinə hörmət əlaməti olaraq edilib.

Bundan sonra Turkey (ingilis dilində “türklər” kimi tələffüz olunur - Red) və Turquie (fransızca “türklər” kimi oxunur - Red) əvəzinə bu ölkənin adı Turkiye (Kanada hökumətinin rəsmi sənədlərində “türklər”) yazılacaq.

Qeyd edək ki, Türkiyənin müraciətindən sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən xarici dillərdə “Turkey” olaraq istifadə olunan ölkə adı “Türkiye” olaraq dəyişdirilib. Müraciət BMT tərəfindən qəbul edilərək təsdiqlənib. Nəticə etibarilə beynəlxalq səviyyədə ölkə adı olaraq istifadə olunan “Turkey” kəlməsi “Türkiye”yə dəyişdirilib.



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər
24-01-2023, 12:21 Sabahın hava proqnozu