Əziz Sancar ermənilərin Gəncəyə raket hücumunda hər iki valideynini itirmiş Xədicənin təhsil xərcləri üçün yardım ayırıb
Tarix: 23-11-2020 | Saat: 10:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
417 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-11-2020 | Saat: 10:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Əziz Səncər BBC-də yayımlanmış xəbərə istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
29-01-2022, 11:34
NATO xüsusi nümayəndəsi: “Gürcüstan indidən hazırlıq görməlidir...”
31-07-2022, 17:08
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
7-04-2023, 15:10
Elmira Axundovanı bu şəxs əvəzləyəcək? - Foto
25-11-2022, 23:23
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib
9-12-2021, 15:25
Azərbaycan "Berlin Enerji Keçidi Dialoqu" konfransına dəvət olunub
15-01-2021, 17:26
Səhiyyə Nazirliyi: Vaksinasiya xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək
7-01-2022, 22:15
“Fransadan 4 dəfə böyük Qazaxıstanı 2-3 minlik əsgərlə Rusiyaya tabe etmək mümkün deyil...”
22-11-2022, 11:31
Prokuror Əli Əliyevə cəza istəyib
22-01-2021, 11:39
Avtomobilinin ön şüşəsinə plyonka vuranların NƏZƏRİNƏ







" style="width: 670px; height: 340px;">








