Saytımızı qiymətləndirin


 
 

Elmira Axundovanı bu şəxs əvəzləyəcək? - Foto
Tarix: 07-04-2023 | Saat: 15:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Elmira Axundovanı bu şəxs əvəzləyəcək? - Foto

 

Dünən ölkə mətbuatında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın geri çağırılacağı ilə bağlı məlumatlar yayılıb. Bizim.Media-nın apardığı araşdırmalar nəticəsində, Elmira Axundovanın yerinə təyin olunacaq namizədin adı məlum olub. 

Sözügedən şəxs Seymur Mərdəliyevdir.

S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsini icra edir.

Məsələ ilə bağlı Elmira Axundova ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qalıb.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. 



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər
15-04-2021, 13:40 Sabahın hava proqnozu