Saytımızı qiymətləndirin


 
 

Avropa Parlamenti husiləri terror təşkilatları siyahısına daxil etmək istəyir
Tarix: 23-10-2026 | Saat: 08:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa Parlamenti husiləri terror təşkilatları siyahısına daxil etmək istəyir

Avropa Parlamentinin deputatları Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilərin) Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsini tələb ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat verilib.

Qəbul edilən qətnamədə Avropa İttifaqı Şurasına husilərin hərbi və siyasi qanadlarının, rəhbərliyinin, eləcə də hərbi və təhlükəsizlik strukturlarının terror təşkilatları siyahısına salınması çağırışı edilib.

Deputatlar həmçinin hərəkatın maliyyələşdirilməsinin bütün kanallarının bağlanmasını, husilərə və onların dəstəkçilərinə məxsus vəsaitlərin və iqtisadi resursların dondurulmasını istəyiblər.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər