Saytımızı qiymətləndirin


 
 

Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi
Tarix: 17-02-2022 | Saat: 16:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda vergi bəyannamələrinin yeni formaları təsdiqlənib.

Dövlət Vergi Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericilik aktlarına da müvafiq dəyişikliklər olunub.

Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Sadələşdirilmiş verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsinə 2 nömrəli Əlavə” və onu tərtib edilməsi qaydası, “Uduşlardan (mükafatdan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, həmçinin “Dövlət rüsumunun tutulması haqqında hesabatın” forması və onun tərtib edilməsi qaydası yeni redaktədə təsdiq olunub. Bununla da əvvəlki illərdə təsdiq olunmuş eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2022-ci ildən qüvvəyə minib.

 



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər
19-08-2021, 13:24 Sabah hava küləkli olacaq