Saytımızı qiymətləndirin


 
 

Ukrayna və Finlandiya 300 milyon avroluq saziş imzalayıb
Tarix: 23-10-2026 | Saat: 08:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna və Finlandiya 300 milyon avroluq saziş imzalayıb

Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan, yeni yardım paketi də daxil olmaqla, yeddi sənəd imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşünün yekunları barədə açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və Finlandiyanın peyk imkanlarından daha geniş istifadə olunması barədə razılığa gəliblər. Bu məsələ “Nokia” və “ICEYE” şirkətləri ilə də müzakirə edilib.

Yardım paketinə lokomotivlər, enerji avadanlıqları və enerji obyektlərinin qorunması üçün vasitələr daxildir.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər