Tarix: 22-10-2026 | Saat: 21:34
Bölmə:Karusel / Dünya | çapa göndər
Fransanın Marsel şəhərində bütün nümayişlər qadağan edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.
Bundan əlavə, şəhərdə şənbə günündən bazar gününə və bazar günündən bazar ertəsinə keçən gecələr yerli vaxtla saat 23:00-dan 05:00-dək komendant saatı tətbiq ediləcək. Oktyabrın 24-də qoruyucu vasitələrin və yanacağın daşınması da qadağan olunacaq.
Fransanın Havr, Lion və Nitsa şəhərlərində də nümayişlərə qadağa qoyulub. Parisdə isə yalnız marşrutu əvvəlcədən razılaşdırılmış həmkarlar ittifaqlarının aksiyasına icazə verilib.
Qeyd edək ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən nümayişlər bir sıra şəhərlərdə iğtişaşlara və polislə toqquşmalara çevrilib.
Digər xəbərlər



















