Saytımızı qiymətləndirin


 
 

“Vətəndaşlar 100 manatın 51 manatını ərzağa xərcləyir” –DEPUTAT
Tarix: 19-04-2024 | Saat: 11:03
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

“Vətəndaşlar 100 manatın 51 manatını  ərzaq məhsullarına xərcləyir”.
Qarabaginfo.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov paylaşımında bildirib.
Deputatın sözlərinə görə, ərzaq məhsullarına daha çox pulun xərclənməsinə son 2 ildəki inflyasiya səviyyəsi də təsrsiz olmayıb: “İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Qeyd edək ki, ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir”.
“Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur”-deyə deputat vurğulayıb.
Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib. Bütölükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.


Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər