Saytımızı qiymətləndirin


 
 

"Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərindən rəsmən imtina edir" - Rusiyalı politoloq
Tarix: 02-11-2022 | Saat: 16:59
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdən imtina edir.

Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz sosial şəbəkə hesabında yazıb.

O, hesab edir ki, şənbə günü verdiyi açıqlama Ermənistanın baş nazirinin vədləri yerinə yetirməkdən imtina etdiyini göstərir.

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanın öhdəlikləri var. Paşinyan üçtərəfli bəyanatın bəndinə əməl etməkdən imtina etdiyini rəsmən açıqlayıb” – deyə Korotçenko əlavə edib.

Xatırladaq ki, şənbə günü Paşinyan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün Ermənistan ərazisindən dəhlizin yaradılmasını istisna edib.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər