Tarix: 02-10-2025 | Saat: 12:49
Bölmə:Karusel / Təhsil | çapa göndər
Elm və təhsil naziri Emin Əmrullayev 31 oktyabr tarixində Salyan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 17 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Digər xəbərlər