Ana Sayfa > Karusel / Təhsil > Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edəcək


2-10-2025, 12:49. Yazar: Admin

Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 31 oktyabr tarixində Salyan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 17 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.


Geri dön