Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 23-04-2022 | Saat: 17:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4363 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 478, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 230, üç və daha çox doza vaksin vurduranların sayı 3346, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 309 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 623 719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 337 184, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 229, üç və daha çox doza vaksin vurduranların sayı 3 210 006, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 300 təşkil edir.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər
14-04-2022, 12:53 Sabah hava necə olacaq?