Saytımızı qiymətləndirin


 
 

SON DƏQİQƏ: Müəllimi güllələyən şagirdə bu qədər cəza veriləcək...
Tarix: 06-02-2026 | Saat: 16:31
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

sharethis sharing buttonSON DƏQİQƏ: Müəllimi güllələyən şagirdə bu qədər cəza veriləcək…

Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında ciddi insident baş verib. liseyin 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim kimi çalışan Ş.K-ya xəsarət yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, fakt araşdırılır. Maraqlıdır, 16 yaşlı bir uşaq tərəfindən törədilmiş cinayətə görə qanunda hansı tədbirlər nəzərdə tutulur?

MQarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Toğrul Məmmədov bildirib ki, 16 yaşlı şagirdin yaşı onun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verir. Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan şəxslər də törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar.

Vəkil qeyd edib ki, Cinayət Məcəlləsinə əsasən 18 yaşı tamam olmayan şəxslərə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilmir:

“Şəxsin törətdiyi əməlin ağırlıq dərəcəsindən və hansı maddələrlə ittiham olunmasından asılı olmayaraq, əgər məhkəmə onu təqsirli bilərsə, ona maksimum 10 il cəza təyin oluna bilər. Burada əsas məsələ istintaqın nəticələridir. Hansı maddələrlə ittiham olunacağı bəlli olduqdan sonra daha dəqiq hüquqi qiymət vermək mümkün olacaq”.

 

Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir. Hadisənin motivləri və digər detalları araşdırılır.



Xəbəri paylaş

80 dəfə oxunub.

Digər xəbərlər