Tarix: 29-10-2025 | Saat: 14:41
Bölmə:Karusel / Kriminal | çapa göndər
Sabiq deputat Elton Məmmədov 3 milyon manata yaxın dövlət vəsaitini mənimsəməsi haqda ittihamlara münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, E.Məmmədov sözügedən məsələ ilə bağlı Manşet.az saytının suallarını cavablandırıb.
- Sizin korrupsiya faktları ilə bağlı ittiham olunduğunuz deyilir. 3 milyon manat yeyinti ilə bağlı istintaqa cəlb edildiyiniz bildilir.
- Məni kim ittiham edir? Yalan söhbətdir. Mən bu faktlarla bağlı ifadə verməmişəm, heç bir istintaqa da çağırılmamışam. Bu məlumatlar yalandır.
- Sizin Ramiz Mehdiyevlə yaxınlığınız hansı səviyyədə olub?
- Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm. Başqa adama xidmət etməmişəm. Mövqeyimi 2021-ci ildə bildirmişəm. 2022-ci ilin yanvar–fevral aylarında danışmışam. Ramiz Mehdiyev işlədiyi dövrdə ona ən sərt fikrimi bildirmişəm. Bu məsələlərə hüquqi qiyməti hüquq-mühafizə orqanları və qərar qəbul edən məhkəmə verəcək. Düşünürəm ki, bu məsələlərə də hüquqi qiymət veriləcək.
- Sonradan yeyinti olan məbləğin istintaq müddətində geri qaytarıldığı da qeyd edilir. Bu barədə nə deyə bilərsiniz?
- Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm. Belə bir fakt yoxdur. Bunlar hamısı yalan məlumatdır. Xahiş edirəm, ictimaiyyəti yalnış fikirlərlə çaşbaş salmayın. Mən özüm barədə deyə bilərəm ki, heç bir qanun pozuntusuna yol verməmişəm. AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır.
- Siz hal-hazırda AMEA-da çalışırsınız? Hansı vəzifədəsiniz?
- Bəli, mən hazırda AMEA-da çalışıram. Sosial xidmətlər şöbəsinin müdiriyəm. Ona görə də hüquqi dövlətdə hər şey qanun çərçivəsində həll olunacaq. Nə qədər sağlam məlumatlar ötürülsə, ictimaiyyət də sağlam məlumatlar alar.
Qeyd edək ki, “Qafqazinfo” özəl mənbələri vasitəsilə Elton Məmmədov barəsində cinayət təqibi aparıldığını öyrənib. Sabiq deputat mənimsədiyi 3 milyon manata yaxın vəsaiti büdcəyə qaytardığından məsələ məhkəmə müstəvisinə daşınmayıb. Amma Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AMEA-dakı qanun pozuntuları ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisinin də dövlətə xəyanət və başqa cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.
Digər xəbərlər














%20(4):1200.jpg)


