Saytımızı qiymətləndirin


 
 

Məhkəmə Robert Koçaryanın oğlu Sedrakın həbs müddətini iki ay uzadıb
Tarix: 23-10-2026 | Saat: 10:34
Bölmə:Karusel / Region | çapa göndər

Robert Koçaryan, Sedrak Koçaryan

 

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini iki ay uzadıb.

“News.am” xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Hakob Küreqyan məlumat verib.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Koçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. 24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

Eyni zamanda, daha doqquz nəfərə qarşı, o cümlədən Koçaryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S. S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan tutub), keçmiş Baş nazir A. M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın Baş naziri olub), İrəvanın sabiq meri Q. B. (Qaqik Beqlaryan) və digərlərinə cinayət işi açılıb.

Koçaryan 1998-2008-ci illərdə Ermənistan Respublikasının Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir. Koçaryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub, evində axtarış aparılıb.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər