Saytımızı qiymətləndirin


 
 

Xarkov polisi iki rus tankını məhv etdi – Video
Tarix: 01-03-2022 | Saat: 10:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Xarkov vilayətinin Derqaçi şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyaya məxsus iki tankı məhv edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polis Baş İdarəsindən məlumat yayıb.

"Derqaçev rayonunun əhəmiyyətsiz ərazisi bu gün müvəqqəti olaraq düşmənin nəzarətindədir, amma fərqi yoxdur. Orada da düşmən texnikası yanır. Ukrayna hərbçiləri, Milli Qvardiyası, polisi, müdafiəsi, vətəndaşları heç vaxt işğalla razılaşmayacaqlar. Biz hamımız düşməni hətta təcavüzkarın müvəqqəti qaldığı əraziləridə də məhv edəcəyik. Müvəqqəti işğal edilən Derqaçi ərazisində iki rus tankı məhv edilib. Biz bir daha rus əsgərlərinə müraciət edirik: təslim olun, silahlarınızı yerə qoyun, evinizə qaçın. Burada sizə nifrət edirlər. Ukrayna azad olacaq!” - məlumatda bildirilib.

 

 



Xəbəri paylaş

236 dəfə oxunub.

Digər xəbərlər