Ermənistan Müdafiə Ordusu komandanının keçmiş müavini, general-mayor Samvel Karapetyan (Oqanovski) həbs edilib.
Qarabaginfo.az erməni KİV-ə istinadən xəbər verir ki, bir neçə gənc avtomobilini İntibah meydanında yerləşən Azadlıq Mübarizəçiləri İttifaqının binasının yaxınlığında saxlayıb. Bundan sonra Karapetyan gənclərdən avtomobili çıxarmağı əmr edib. Buna məhəl qoymayan gənclərlə general arasında mübahisə başlayıb. Daha sonra mübahisə atışma ilə bitib.
Belə ki, Oqanovski dayanmış avtomobilə atəş açmağa başlayıb. Əraziyə gələn polis qüvvələri generalı saxlayıb.