Saytımızı qiymətləndirin


 
 

Gürcüstanın baş naziri: «Əvvəlcə mən prezident Əliyevin yanına getdim...»
Tarix: 18-09-2021 | Saat: 22:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan prezidenti İlham Əliyev öz ölkəsinin inkişafı və xalqının rifahı üçün mübarizə aparan çox müdrik liderdir. Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili yerli televiziya kanalında müsahibə verərkən deyib.

Qaribaşvilinin sözlərinə görə, Gürcüstan Azərbaycana 97 min partlayıcı qurğuların yerləşməsi haqda xəritənin Ermənistanın 15 vətəndaşı müqabilində verilməsi prosesində mühüm rol oynayıb: «Sözsüz ki, bu mənim təşəbbüsüm idi – Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış etmək», - Qaribaşvili deyib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qaribaşvili qeyd edib ki, danışıqlar Bakıda başlayıb: «Əvvəlcə mən prezident Əliyevin yanına getdim. Ona öz dərin hörmətimi ifadə etmək istəyirəm. Azərbaycanda həqiqətən öz ölkəsinin inkişafı və xalqının rifahı üçün çalışan müdrik bir lider var. Mən onunla danışdım, və həmin an bu fikir ağlıma gəldi».(virtualaz.org)



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər