Saytımızı qiymətləndirin


 
 

Lahıcda uçqun oldu: Yol bağlandı
Tarix: 08-04-2022 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Lahıcda uçqun oldu: Yol bağlandı

 


İsmayıllı rayonunda torpaq uçqunu olub.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib.

Son bir ayda rayona yağan qar və yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub.

Bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyir.



Xəbəri paylaş

246 dəfə oxunub.

Digər xəbərlər