ABŞ prezidenti Donald Tramp cümə axşamı günü açıqlama verəcək.
Qarabaginfo.az bildirir ki, bu barədə ABŞ administrasiyası açıqlama verib.
Trampın Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılan çıxışının mövzusu açıqlanmayıb. Bundan bir neçə saat əvvəl Trampa kəşfiyyatla bağlı məruzə olunacaq.
Bir gün əvvəl Tramp bəyan etmişdi ki, o, gələcəkdə Ukraynanın uzaqmənzilli silahlarla bağlı müraciətlərini təsdiq edib-etməmək barədə qərar verəcək.
O, həmçinin cümə günü Zelenski ilə Ağ Evdə görüşməyi planlaşdırdığını təsdiqləyib.