Saytımızı qiymətləndirin


 
 

Laçın rayon İcra Hakimiyyəti dezinfeksiya işlərini davam etdirir
Tarix: 10-07-2020 | Saat: 11:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində koronavirus təhlükəsinə qarşı işlər aparılır

Respublikanın bütün bölgələrində olduğu kimi Laçın rayonu üzrə koronavirus (COVİD -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür
İcra hakimiyyətindən Qarabaginfo.az-a verilən məlumata görə rayon sakinlərinin koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müavfiq qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Laçın rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları müəyyən olunmuş tədbirlərə uyğun olaraq ərazidəki ümumi istifadə yerlərində yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işləri aparılır. Hazırda bu işlər köçkünlərin ərazidə məskunlaşdıqları obalarda da davam etdirilir.
Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Laçın Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dasirəsi üzrə nümayəndələrinə aidiyyəti göstərişlər verilmiş, görülən işlər barədə mütəmadi olaraq məlumatlar alınaraq ümumi vəziyyət nəzarətə götürülmüşdür.
Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən görülən bütün işlər müvafiq kimyəvi preparatlar vasitəsi ilə həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Həmçinin görülən dezinfeksiya tədbirləri ilə yanaşı sakinlərə hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi onlara izah edilir.

Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.
Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.
Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.
Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.


Xəbəri paylaş

407 dəfə oxunub.

Digər xəbərlər