Saytımızı qiymətləndirin


 
 

Pul tələb edən jurnalistlərə hökm oxunub
Tarix: 02-03-2022 | Saat: 17:42
Bölmə:Karusel / Multimedia | çapa göndər

Pul tələb edən jurnalistlərə hökm oxunub

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər
19-04-2021, 13:23 Prezident fərman imzaladı