Saytımızı qiymətləndirin


 
 

İlin ilk Ay tutulması başa çatıb  - YENİLƏNİB
Tarix: 11-01-2020 | Saat: 08:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Bu ilin ilk Ay tutulması başa çatıb.

Qarabaginfo “Report.az”a istinadən xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat saat 01:12-də isə sona çatıb.

Qeyd edək ki, ilin ilk Ay tutulması ötən gün Bakı vaxı ilə saat 21:08-də başlamışdı. Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Amma prosesi gözlə müşahidə etmək çətin olub.

Ay tutulmasını Azərbaycanda da izləmək mümkün idi. 

Bu il 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cüsü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək. 


***21:08

Bu ilin ilk Ay tutulması başlayıb.

Təbiət hadisəsi saat 23:11-də maksimuma çatacaq.

Proses yanvarın 11-ə keçən gecə saat 01:12-də bitəcək.

Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Amma prosesi gözlə müşahidə etmək çətin olacaq. 

Ay tutulmasını Azərbaycanda da izləmək mümkündür. 

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cüsü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək. 



Xəbəri paylaş

529 dəfə oxunub.

Digər xəbərlər