Tarix: 05-08-2022 | Saat: 15:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bugünkü görüşdə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyada hərbi əməliyyat keçirmək niyyətlərini müzakirə edəcəklər. Kreml türk tərəfdaşlarının narahatlığını bölüşür, lakin vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq vacibdir.
Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün Suriya müzakirə olunacaq. Türkiyənin deyək ki, təhlükəsizlik baxımından qanuni narahatlıqları var, biz bunu əlbəttə ki, nəzərə alırıq. Lakin Suriyada vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcək hər hansı hərəkətə yol verməmək çox vacibdir”, - Peskov bildirib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə görüşəcəklər
Digər xəbərlər