Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kremldən Türkiyənin Suriya əməliyatı ilə bağlı açıqlama
Ana Sayfa > Karusel / Gündəm > Kremldən Türkiyənin Suriya əməliyatı ilə bağlı açıqlama

Kremldən Türkiyənin Suriya əməliyatı ilə bağlı açıqlama


5-08-2022, 15:20. Yazar: Admin

Bugünkü görüşdə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyada hərbi əməliyyat keçirmək niyyətlərini müzakirə edəcəklər. Kreml türk tərəfdaşlarının narahatlığını bölüşür, lakin vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq vacibdir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu gün Suriya müzakirə olunacaq. Türkiyənin deyək ki, təhlükəsizlik baxımından qanuni narahatlıqları var, biz bunu əlbəttə ki, nəzərə alırıq. Lakin Suriyada vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcək hər hansı hərəkətə yol verməmək çox vacibdir”, - Peskov bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə görüşəcəklər

 


Geri dön