Saytımızı qiymətləndirin


 
 

Reuters: ABŞ-ın yeni sanksiya layihəsi Rusiyanın bəzi tərəfdaşları üçün istisnalar nəzərdə tutur
Tarix: 15-07-2026 | Saat: 08:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Reuters: ABŞ-ın yeni sanksiya layihəsi Rusiyanın bəzi tərəfdaşları üçün istisnalar nəzərdə tutur

ABŞ Konqresində hazırlanan Rusiyaya qarşı yeni sanksiyalar layihəsi Rusiyadan enerji idxalının həcmi aşağı olan bəzi ölkələrin sanksiyalardan kənarda qalmasına imkan yaradır.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, qanun layihəsinin yenilənmiş variantında Rusiyadan idxal edilən neft və qazın ölkənin ümumi enerji idxalında payı 15%-dən az olan və bu asılılığı azaltmaq üçün ciddi addımlar atan dövlətlər üçün istisna nəzərdə tutulur.

Reuters yazır ki, yeni layihədə Rusiya nefti və qazını alan əsas beş ölkəyə tətbiq oluna biləcək rüsumlar əvvəlki layihədə nəzərdə tutulan 500%-dən 100%-ə endirilib.

Sənəd, həmçinin ABŞ Prezidenti Donald Trampa milli maraqlara uyğun hesab etdiyi halda sanksiyaların tətbiqini dayandırmaq səlahiyyəti verir.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər