Saytımızı qiymətləndirin


 
 

İrəvan şərt qoydu: Ermənistan KTMT-ni tərk edə bilər
Tarix: 12-03-2024 | Saat: 14:18
Bölmə:Karusel / Dünya | çapa göndər

 

İrəvan şərt qoydu: Ermənistan KTMT-ni tərk edə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək.


Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında İrəvanın KTMT-də iştirakının “dondurulması”nı şərh edərkən deyib.

 

O qeyd edib ki, siyasi qərarlar hüquqi proseslərlə qarışdırılmamalıdır.

 

“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət zonası nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”, - Paşinyan bildirib.

 

Baç nazir Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə nə vaxt danışması ilə bağlı verilən suala cavabında deyib ki, son dialoq yeni il bayramından əvvəl baş tutub.

 

Xatırladaq ki, Nikol Paşinyan ötən ay "France24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib. 

 

Təşkilatın baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinin işində iştirak etmir. O qeyd edib ki, Paşinyanın bəyanatlarına baxmayaraq, üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi sənəd daxil olmayıb. 

 

KTMT-nin baş katibi qeyd edib ki, təşkilat suveren dövlətin istənilən qərarına hörmətlə yanaşır. Katiblik qəbul edilmiş və qəbul edilmiş qərarlar barədə İrəvandakı strukturları məlumatlandırır.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər