Saytımızı qiymətləndirin


 
 

Türkiyədə klub idarəçisi olan 448 nəfərin mərc oynadığı müəyyənləşib, onların arasında “Trabzonspor”in prezidenti də var
Tarix: 30-09-2026 | Saat: 21:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

“Trabzonspor”un prezidenti Ertuğrul Doğan

 

Türkiyə Futbol Federasiyası (TFF) son 5 il ərzində Super Liqa və 1-ci Liqa klublarında idarəçi kimi çalışmış 448 nəfəri mərc oynadıqları müəyyənləşdiyi üçün Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.

Apasport.az xəbər verir ki, həmin şəxslər Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən PFDK-ya göndəriliblər.

Siyahıda “Trabzonspor”un prezidenti Ertuğrul Doğan da yer alıb.

Super Liqanın 4 böyük klubundan PFDK-ya göndərilən şəxslər bunlardır:

“Beşiktaş”: Tarkan Şer, Kerem Gürel, Fırat Fidan, Miraç İltuğ Sungur, Kadir Kılıç, Mustafa Mollaoğlu, Hakan Daltaban, İbrahim Kemal Barış Dillioğlu, Enis Ulusoy, Serhan Çetinkaya.

“Fənərbaxça”: Eren Ali Dişli, Bekir Erdem, Erdem Sezer.

“Qalatasaray”: Emir Aral, Özgür Işıtan Gün, Ali Yüce, Maruf Güneş, Ural Aküzüm.

“Trabzonspor”: Yalçın Orhan, Zeyyat Kafkas, Murat İskender, Kemal Ertürk, Taner Fikret Saral, Lokman Sadıklar, Şenol Kaynar, Ertuğrul Doğan, Abdulkadir Ferda Başkan, Semih Hekimoğlu, Derviş Köz, İbrahim Şahinkaya, Ceyhun Eskici.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər